Sənəd qəbulu başa çatır

  • SpaceTV
  • 29 Avqust 2019 15:34

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Space TV – Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər bu gün saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Paylaş

 Xəbəriniz olsun