Şəmkirdə yük maşını ilə təcili tibbi yardım avtomobili toqquşdu: Xəsarət alanlar var

  • Space TV
  • 17 Dekabr 2020 14:33

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb.

Qəza nəticəsində 2 nəfər ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun