Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç oğurluq faktının üstü açılıb. Müəyən edilib ki Çinarlı qəsəbə sakini 28 yaşlı Nicat Kərimov evdlərdə heç kimin olmamasından istifadə edərək öz çirkin niyyətini həyata keçirib. Əldə etdiyi qızıl zinət əşyalarını isə müxtəlif ünvanlarda tanımadıqları şəxsə satıb.
Saxlanılan Nicat Kərimov hər üç oğurluq cinayətlərinin onun tərəfindən törədilməsini səmimi etiraf edib. O oğurluq yolla əldə etdiyi qızılları dəyərə dəyməzinə satdığını pulunu isə Bakı şəhərində kef məclislərinə xərclədiyini deyib.
Hazırda Nicat Kərimovun digər analoji cinayətlərdə əlinin olub olmaması istiqamətində araşdırmalar davam etdirilir. Artıq mövcud faktlarla bağlı Kərimo vun barəsində yerli məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
VASİF VAQİFOĞLU SPACE TV