Şəmkirdə şəhid ailəsi yeni ili təzə evdə qarşılayacaq.

  • Space TV
  • 30 Dekabr 2019 16:46

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün respublikamızın bölgələrində inşa edilən fərdi evlərdən biri Şəmkir rayonunda şəhid  Elçin Rüstəmovun ailəsinə təqdim edilib. Ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Şəmkir rayonunda  üç çox mərtəbli yaşayış binasının və 60-dan çox fərdi yaşayış evinin inşa edilib. Bundan başqa, yüzlərlə müharibə veteranı, əlil və şəhid ailəsi və minik avtomobilləri ilə təmin olunub. Yaxın vaxtlarda daha bir neçə fərdi yaşayış evi sahiblərinə təqdim olunacaq. Rəsmi hissədən sonra mənzildə yaradılan şəraitlə tanış olublar. Yeni ev 2 otaqdan ibarətdir. 

Ev sahibləri yeni ili təzə mənzildə qeyd edəcəklərini sevinclə qarşılayıblar.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun