Şəmkirdə narkotik əkib becərən şəxslər saxlanılıb.

  • Space TV
  • 18 İyun 2020 14:55

Şəmkir Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında kənd sakini 56 yaşlı Alim Novruzəliyevin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli çətənə kolları aşkarlanara qgötürülüb. Saxlanılan Alim Novruzəliyev həmin narkotik vasitəni şəxsi istifadəsi üçün yetişdirdiyini deyib.

Bundan başqa Alim Novruzəliyevin üzərindəndə  3 ədəd kibrit qutusunda ümumi çəkisi 17.212 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Şəmkir polisinin keçirdiyi digər  əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən də 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilən çətənə kolu aşkarlanıb. Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Hazırda hər iki şəxsin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun