Şəmkirdə baş verən yanğında bir nəfər ölüb bir necə nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb .

  • SpaceTV
  • 12 Fevral 2020 14:19

Şəmkirdə baş verən yanğında bir nəfər  ölüb  bir necə  nəfər  müxtəlif  dərəcəli yanıq  xəsarətləri  alıb . Hadisə   Şəmkir rayonunun  Ələsgərli kəndində  kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus evdə  baş verib . Qəfil  alovlanan  evi   yanmağa  başlayıb  .  dərhal əraziyə   fövqəladə  hallar  nazirliyinin  yanğınsöndürənləri   cağırılıb  . Yanğın  söndürülsədə   ev  əşyaları ilə  birgə  yanaraq  kül olub . Hadisə zamanı ev sahibi Əhmədov Zöhrab Rüstəm oğlu onun övladı  9 yaşlı  Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıb.

Həmçinin hadisə zamanı ölən qadının da adı açıqlanıb. Bu, 1960-cı il təvəllüdlü Əhmədova Mehi Bayraməli qızıdır.Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun