Şəmkirdə ağır yol qəzası baş verib

  • SpaceTV
  • 7 Sentyabr 2019 14:31

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHACMAN” markalı yük maşınına çırpılıb. Hadisə Bakı-Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.  Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış gecə saat 04.04-də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.   Xəstəxananın baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir. Yol qəzasında ölən və xəsarət alanların adları da məlum olub. Qəza nəticəsində Lənkəran rayon sakini Məhərrəmov Elburus Hüseyn oğlu ölüb. İmanova Çinarə Eyyub qızı,  Əliyeva Gülsüm Məmmmədağa qızı,  Babayeva Növrəstə Qardaşxan qızı,  Mirzəyev Xəyyam Ümidvar oğlu, Qurbanəliyeva Günel Nəsrəddin qızı,  Əmiraslanova Sevinc Süleyman qızı,  Səbəbxanova Göyçək Mehralı qızı, Süleymanova Qələm Cavad qızı,  Kazımova Arzu Mətləb qızı, Məmmədova Minayə Ərşad qızı, Əliyev Nicat Gəray oğlu və Ələkbərov Nicat Gəray türkiyə vətəndaşı Şener Yavuz Süleyman, Darmuş Uzun Aşur oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Paylaş

 Xəbəriniz olsun