Şəmkirdə ağır qəzada ölənlərin və yaralananların adları bilindi

  • SpaceTV
  • 30 Oktyabr 2019 11:15

Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.

SPACE TV xəbər verir ki, hadisə zamanı 31 yaşlı Babayev Ramil Dilqəm oğlu və 27 yaşlı Qurbanov Babək İsmayıl oğlu həyatını itirib.

Digərləri – 26 yaşlı Allahverdiyev Səbuhi Tacəddin oğlu, 23 yaşlı Qurbanov Rövşən Orxan oğlu, Vəliyev Rövşən Sübhan oğlu, 31 yaşlı Əmirov Vidadi Rəhim oğlu və 23 yaşlı Məmmədov Vüsal Mais oğlu isə xəsarət alıb.

06:50

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Şəmkirin Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki “Jiquli”nin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun