Şəmkirdə 5 yaşlı oğlanı maşın vuraraq öldürüb

  • SpaceTV
  • 27 Fevral 2020 12:46

Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV  bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, fevralın 26-da saat 16.00 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini, 5 yaşlı Rüstəm Paşayevi vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun