Hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan 25 yaşlı Məmmədova Nailə Allahyar qızı əri Məmmədov Mübariz Bayram oğlu tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Bildirildiyinə görə, hadisə qısqanclıq zəminində baş verib. Ailədə söhbət zamanı bəzi təfərrüatlar məlum olub. Yaxınlarının verdiyi məlumata görə hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb. Ailə daxilində davam edən münaqişə sonda qətl ilə baş catıb.
Faktla bağlı araşdırma aparılır.
Vasif Vaqifoğlu SPACE TV