Şəmkir rayonunda yanğın baş verib

  • Space TV
  • 26 İyun 2020 15:15

“Şəmkir səbəti” ticarət mərkəzində yanğın qeydə alınıb. Əsasən kənd təsərrüfatı məhsullarının satıldığı bazarda baş verən yanğın zamanı hər birinin sahəsi 30 kv.metrdən artıq olan 10-dək köşk yanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılsa da taxtadan quraşdırılmış köşklər yanaraq tam yararsız hala düşüb. Ancaq alovun yaxınlıqdakı digər ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır. Bazarda ticarətlə məşğul olan zərərçəkənlərin sözlərinə görə onların hər birinə azı 10 min manat dəyərində və daha artıq ziyan dəyib.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun