SƏMADA BİTƏN ÖMÜR – VİDEO

  • SpaceTV
  • 7 Avqust 2020 12:24

 “Torpaq uğrunda ölən varsa vətəndir” deyib böyüklərimiz. Onlar biz evimizdə rahat həyatımızı yaşayaq deyə canlarını fəda edirlər. Bu gün şəhid leytenant, səmadan vətən torpaqlarımızı son nəfəsinə qədər düşməndən qoruyan “Azərbaycanın Milli Qəhrəmanı”, şəhid pilot Zakir Məcidovun şəhidlik zirvəsinə ucalmasından 28 il ötür.

Zakir Nüsrət oğlu Məcidov 1956-cı il iyul ayının 26-da Neftçala rayonunun Həsənabad kəndində dünyaya göz açıb. 1974-ci ildə  “Hərbi Hava Qüvvələri” akademiyasına daxil olub. 1978-ci ildə isə Ryazandakı Aviasiya Məktəbini bitirib.

Zakir Məcidov avqust ayının 6-sı Ağdərə rayonu uğrunda döyüşlərdə son dəfə səmaya qalxır və düşmən mövqelərinə  ardıcıl olaraq zərbələr endirir.  Sonuncu zərbədən sonra təyyarə ermənilər tərəfindən vurulur. Təyyarədə qalan Zakir Məcidov  şəhid olur .

Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə Zakir Nüsrət oğlu Məcidova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Allah rəhmət eləsin.

Paylaş

 Xəbəriniz olsun