Səkkiz ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

  • SpaceTV
  • 1 Oktyabr 2019 16:09

2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 113,4 milyon manat məbləğində ipoteka krediti verilib.

SPACE TV Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.Avqust ayında fondun agent bankları tərəfindən cəmi beş milyon manat məbləğində ipoteka krediti verilib.2019-ci ilin yanvar-avqust aylarında Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib. Avqust ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.

Paylaş

 Xəbəriniz olsun