Səkkiz ayda ödənilən sosial təminatların məbləği açıqlandı

  • Space TV
  • 3 Sentyabr 2020 13:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Spacetv.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 milyard manatdan çox vəsait ödənilib. 

Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7 faiz və ya 782,7 milyon manat çoxdur.

Paylaş

 Xəbəriniz olsun