Şəkinin Əyriçay su anbarı vasitəsilə Şəki və Qax rayonlarının böyük bir hissəsi suvarma suyu ilə təmin olunur

  • SpaceTV
  • 2 İyun 2020 16:30

Qədim dövrlərdən əkinçiliyin inkişafına təkan verən amillərdən biri də suvarma sistemləri olub. Hazırda Azərbaycanda ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir. Ölkəmizdə bu sahənin inkişaf mərhələsi 20 – ci əsrin 70-80 ci illərinə təsədüf edir. Sovet dövründə öz nüfuzundan istifadə edən Ulu Öndər Heydər Əliyev ölkəmizin müxtəlif yerlərində süni su anbarlarının salınmasına nail olub. Məhz o dövrdə Azərbaycanın coğrafi xəritəsində yeni xırda göl əmələ gəldi. Bu Əyriçay su anbarı idi…

Artıq anbarın su nasos stansiyasının elektrik idarəetmə şəbəkəsi yenilənir. Stansiyanın fasiləsiz işləməsini təmin etmək məqsədi ilə 9 nasos aqreqatı və digər mexaniki avadanlıqlara xidmət olunur .

Qeyd edək ki, Şəki rayonunun ərazisində Əyri çay su anbarı 1986 – ci ildə istifadəyə verilib. Bu gün Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay Su anbarında yeni avadanlıqlar qurulur.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun