Şəkildə fotoşopu müəyyən edən xidmət istifadəyə verildi

  • Space TV
  • 5 Fevral 2020 10:47

Alphabet Inс.” şirkətinin nəzdində olan “Jigsaw” şirkəti “Assembler” adlı pulsuz xidməti istifadəyə verib.

“The New York Times” xəbər verir ki, bu xidmət vasitəsilə saxta şəkilləri və fotoşəkillərdə fotoşop izini müəyyən etmək mümkündür.

Layihənin müəllifləri bu xidmətin məqsədinin saxta məlumatlara qarşı mübarizə olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, xidmət yeddi “detektordan” ibarətdir.

Paylaş

 Xəbəriniz olsun