Şəkil çəkdirmək istəyərkən uçurumdan yıxılıb öldü

  • SpaceTV
  • 8 İyul 2020 10:02

Müşahidə meydançasında selfi çəkmək istəyən qadın uçurumdan yıxılıb.

“RİA Novosti”nin məlumatına görə, hadisə Rusiyanın Krasnoyarsk şəhərində baş verib.

Bildirilir ki, istirahətə gəlmiş iki qadın dağa qalxaraq, müşahidə meydançasından gözəl mənzərə fonunda şəkil çəkdirmək qərarına gəliblər. Qızlardan biri selfi çəkmək istəyərkən ayağı sürüşüb və 50 metr hündürlükdən yıxılıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Həlak olan qızın cəsədi tapılaraq, polis əməkdaşlarına təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun