Şəkidə yüksək dağlıq ərazidə yanğın olub

  • Space TV
  • 26 Dekabr 2019 17:23

Dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının ətəyində ,dəniz səviyəsindən 2100 metr yüksəklikdə yanğın başlayıb.Yanğın Şəkinin Xan yaylağı adlanan  ərazisində,yüksək dağlıq ərazidə meydana gəlib.Yanğının söndürülməsi işlərinə FHN-nin Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin 20-dən artıq canlı  qüvvəsi,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib. Həmçinin ətraf ərazilərdə yaşayan sakinlərinin köməyindən də istifadə olunub.Yanğın yarım hektar quru ot və kol-kos  ərazini əhatə edib. Yanğının genişlənməsinin qarşısı alınıb.Lakin havanın küləkli olması səbəbindən tamamilə söndürülməsi hələlik mümkün olmayıb.Yanğının səbəbi isə araşdırmalardan sonra məlum olacaq.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun