Şəkidə yük maşını piyadanı vurdu

  • SpaceTV
  • 16 Oktyabr 2019 17:51

Şəkidə yük maşını piyadanı vurub.

SPACE TV xəbər verir ki, hadisə rayonunun Qoxmuq kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı yük maşını yolu keçmək istəyən kənd sakini – 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyn Yunus oğlunu vurub. Bədən xəsarətləri alan piyada dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Paylaş

 Xəbəriniz olsun