Şəkidə yeni yaşayış massivinə qaz verilib

  • SpaceTV
  • 27 Sentyabr 2019 17:14

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi kənd və qəsəbələrlə yanaşı, yeni salınmış yaşayış massivlərinin də qazlaşdırılması işlərini uğurla icra edir.

“Azəriqaz”dan “Space”ə verilən məlumata görə, bu ilin regionların qazlaşdırılması proqramına uyğun olaraq bu gün Şəki şəhəri 98-ci kvartal adlanan yeni massivdə 113 abonent qazla təmin olunub.

Yeni yaşayış massivinin qazlaşdırılması üçün ümumilikdə 10 426 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 113 ədəd qaz sayğacı quraşdırılıb.

Paylaş

 Xəbəriniz olsun