Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

  • Space TV
  • 3 Dekabr 2020 14:04

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.

Bu barədə Spacetv.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı ünvanı tərk edib. O, şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxs barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun