Şəkidə yanğın hadisəsi baş verib.

  • Space TV
  • 31 Dekabr 2019 17:05

Səhər saatlarında rayonun Kiş kəndində, kənd sakini Gülnarə Rəsulovaya məxsus ümumi sahəsi 350 kv/m olan 4 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun