Şəkidə şəhərin gecə işıqlanması təmin olunur

  • Space TV
  • 24 Aprel 2020 15:43

Şəki işıqlandırma idarəsi tərəfindən Şəki-Qax avtomobiol yolunun sağ və sol sahilində yerləşən Qoxmuq kəndi istiqamətində yeni işıq dirəkləri quraşdırılır. İşıqlandırma sistemi axşam saatlarında avtomobillərin və ərazidə yaşayan sakinlərin rahat gediş-gəlişini təmin edəcək. Komunal təsərrüfat birliyinin nəzdində fəaliyyət göstərən idarənin əməkdaşları elə karantin rejimində piyadaların az hərəkətindən istifadə edərək, piyada səkilərini qazaraq gecə işiqlanması üçün elektrik naqilləri çəkib, dirəklər quraşdırıblar.

Məlum olduğu kimi yaz fəsli Şimal-qərb bölgəsində aramsız leysan yağışları ilə müşahidə olunur. Şəkidə yağan yağış sularının daşıb ənənəvi problemlər yaratmasının qarşısını almaq üçün Sabit Rəhman, Nəriman Nərimanov küçələrində su ötürücü arx şəbəkələri yenilənib. Karantin zamanı görülən işlər zamanı, təmir aparan  əməkdaşlar şəxsi gigiyena şərtlərinə əməl edir və əhali ilə təmasda olmurlar.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun