Şəkidə regional psixatriya xəstəxanası tikilir

  • SpaceTV
  • 18 Oktyabr 2019 16:27

Şəki şəhərində  inşasına başlanılan Regional  Psixatriya xəstəxanası Ölkə başçısının sərəncamına əsasən,Səhiyyə Nazirliyinin sifarişi ilə tikilir.Əsas  3 mərtəbəli bina ilə yanaşı  komplesinin ərazisində yardımçı binaların inşası tamamlanıb.Mətbəx ,çamaşırxana ,qazanxana və nasoslar mərkəzinin inşası artıq  yekunlaşmaq üzrədir. Ərazidə hər biri 225 kub metr olmaqla yanğın və içməli su ambarı,transfarmator yarım stansiyasının binası,çirkab təmizləyici qurğu və texniki otaqların inşası başa çatıb.Xəstəxananın həyətində xəstələrin rahat hərəkəti üçün kişilər və qadınlar ayrı olmaqla gəzinti meydançaları da salınır.

Xəstəxanada 200 xəstənin yüksək səviyyədə müalicə almasını təmin etmək məqsədilə rentqen,Ultra Səs Müayinə və EKO kabinetləri,laboratoriyalar və aptek fəaliyyət göstərəcək.Xəstələr hər şəraiti olan 60 palata ilə təmin olunacaqlar.Psixatriya xəstəxanasının hazırkı binasının yararsız olması və burada sıxlığın yaranması xəstələrin yaxınlarının haqlı narazılıqlarına səbəb olurdu.Yeni binanın inşasından sonra artıq bu problem də aradan qalxacaq.

Tibb müəssisəsi Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları sakinlərinə xidmət edəcək. Səhiyyə müəssisəsinin yeni binasının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun