Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs tutuldu – FOTO

  • Space TV
  • 17 Avqust 2020 17:06

Şəki Şəhər Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edən rayonun Kiçik Dəhnə kənd sakini Tural Baqiyev ona məxsus yardımçı təsərrüfatın naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yandığını, bir baş iribuynuzlu heyvan və 70 ev quşunun tələf olduğunu bildirib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Spacetv.az xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində zərərçəkmişə 12 min manat dəyərində maddi ziyan vuran şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş Səxavət Yusifov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb.  

S.Yusifov ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və sərxoş vəziyyətdə əmlakı məhv etdiyini, həmçinin, həmkəndlisi ilə əvvəlcədən ədavətinin olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş

 Xəbəriniz olsun