Şəkidə narkotik satan və alan şəxs saxlanılıb

  • Space TV
  • 11 Yanvar 2021 10:21

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Spacetv.az Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli bilinən şəhər sakini R.Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, yaşadığı ünvana baxış keçirilən zaman isə oradan 465 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

R.Əhmədovun ətrafında davam etdirilən tədbirlərlə ona heroini satmaqda şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov da saxlanılıb.

Faktla bağlı Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun