Şəkidə narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb.

  • Space TV
  • 19 İyun 2020 14:13

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Həmzət Seyidov saxlanılıb. Şəxsi axtarış zamanı H.Seyidovdan narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman torpağa basdırılmış və kökündən çıxarılaraq kənara qoyulmuş ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan Həmzət Seyidov narkotik tərkibli bitkiləri özünün istifadəsi üçün həyətində əkdiyini bildirib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun