Şəkidə kütləvi dava olub, xəsarət alanlar var.

  • SpaceTV
  • 2 İyun 2020 16:33

Dünən axşam rayonun Çələbixan qəsəbə sakinləri Qacay Məmmədov başın təpə nahiyəsinin kəsilmiş-cırılmış yarası, Elman Rəhimov isə sağ əlin ovucun kəsilmiş yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Araşdırma zamanı məlum olub ki, onlarla başqa iki nəfər qəsəbə sakini arasında baş verən davada xəsarət alıblar. Elman Rəhimova ilkin tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb.Qaçay Məmmədovun  müalicəsi isə xəstəxananın ümumi terapiya şöbəsində davam etdirilir.Xəstəxanadan verilən məlumata görə hazırda onun vəziyyəti kafidir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Piranov Space TV

Paylaş

 Xəbəriniz olsun