Şəkidə Koronavirusa görə mübarizə gücləndirildi

  • SpaceTV
  • 30 Mart 2020 14:33

Koronavirus  epidemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində təxirəsalınmaz tədbirlər görülür. Görülən tədbirlər çərçivəsində, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrupların üzvləri şəhərin küçə və prospektlərində, məhəllələrdə, kənd və qəsəbələrdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə  sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.

Şəkidə yaradılan xüsusi qərargahın nəzarəti altında rayon ərazisində dezinfeksiya işləri davam etdirilir. Şəki şəhərində 179 çox çoxmənzilli binalarda ,eyni vaxta 3 istiqamətdə binaların dəhlizləri dezinfeksiya olunur. Rəsmi balansda olan binalarla yanaşı 5 kooperativ binalar da qrafikə salınıb.

Binalarda yaşayan sakinlər də görülən tədbirləri öz təhlükəsizlikləri kimi qiymətləndirib və evdən çıxmamağı hər kəsə tövsiyyə ediblər.

Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhər icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun