Şəkidə evin talvarının metal dam örtüyünü quraşdıran ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb

  • SpaceTV
  • 7 İyul 2020 17:20

Dünən axşam saatlarında Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində yüksək gərginlik xəttinin altında yerləşən fərdi yaşayış evinin dam örtüyünü quraşdıran usta, Şəki şəhər sakini 32 yaşlı​ Nəriman Mustafayevi​ yüksək gərginlikli elektrik cərəyanı vurub. N. Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanlarının​ hadisə yerində araşdırma aparıb, təcili tibbi yardım xidmətinin əməkdaşları meyidi müayinə üçün​ ​ Məhkəmə Tibbi Ekspertiza və Patoloji Atomiya Birliyinin Şəki Rayon Şöbəsinə təhvil verib. Faktla əlaqədar Şəki rayon prokrorluğunda araşdırma başlanıb.

İlkin Piranov space tv

Paylaş

 Xəbəriniz olsun