Şəkidə evdən 21 600 manat pul oğurlanıb

  • Space TV
  • 12 Sentyabr 2020 13:35

Şəkidə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 8 000 manat, 8 000 ABŞ dolları və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunan A.Abdulhəmidov, E.Rəsulov və S.Mustafayev saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun