Şəkidə evdən 19 min manatlıq qızıl sikkələr və 3100 ABŞ dolları oğurlayan 19 yaşlı gənc saxlanılıb.

  • SpaceTV
  • 14 Fevral 2020 16:36

Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 18 700 manat dəyərində qızıl sikkələrin və 3 100 ABŞ dollarının oğurlandığı müəyyən olunub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun