Şəkidə ağır qəza

  • Space TV
  • 31 Avqust 2020 12:54

Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb. Spacetv.az-ın məlumatına görə, ötmə əməliyyatı yerinə yetirən “Tofaş” markalı avtomobil qarşıdan gələn “Nissan Tida” markalı avtomobili sağ tərəfindən vuraraq yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə Tofaş marakalı avtomobildə olan sürücü də daxil olmaqla 4 nəfər, 17 yaşlı Mikayıl Cəbrayılov, 15 yaşlı Abdulla Əhmədov, 28 yaşlı Vüsal Abdulxalıqlı və 21 yaşlı Elvin Lətifov xəsarət alıb. Hadisə yerinə dərhal təcili yardım briqadası və Fövqəladə Hallar nazirliyinin Şəki bölməsinin xilasediciləri cəlb edilib. Yaralıları avtomobildən çıxararaq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların müayinəsi və müalicəsi davam etdirilir. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov,  Spacetv.az

Paylaş

 Xəbəriniz olsun