Şəkidə 52 kq narkotik bitki məhv edilib

  • SpaceTV
  • 6 Sentyabr 2019 10:45

Space TV -nin bölgə müxbiri məlumat verir ki, Şəkidə 52 kq narkotik bitki məhv edilib.

Məlumata görə, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Əməliyyat-axtarış tədbirləri zamanı, vətəndaşa məxsus olan ümumi çəkisi 52 kiloqrama yaxın olan 225 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Aşkar edilən çətənə kolu kökündən çıxardılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun