Şəkidə 400 tona yaxın məhsul əldə olunub

  • Space TV
  • 18 Aprel 2020 15:39

2014-cü ildən fəaliyyət göstərən pomidor təsərrüfatında bazar təlabatına tam cavab verəcək məhsul yetişdirilir.Pomidor istixanası 2,5 hektar ərzini əhatə edir. Burda məhsuldarlığı ilə seçilən və “Mişua”adlanan pomidor toxumu əkilib.Təsərrüfat sahibləri istixanada yaz,payız məhsulu üçün əkin aparır.Payız məhsulu üçün avqust ayında,yaz məhsulu üçün dekabr ayında şitil əkini aparılır.Bu pomidor şitilinin hər birindən il ərzində 5, 10 kq məhsul yığmaq mümkün olur.

Hər mövsümdə məhsul yığımı 2-3 ay ərzində aparılır.İl ərzində 300-400 ton məhsul əldə olunur. Məhsulun satışı yerli bazarlarla yanaşı Rusiya bazarlarına da çıxardılır. İstixanada təbii qaz vasitəsilə müasir istilik sitemi qurulub. İstilik sistemi hava şəraitindən asılı olaraq tənzimlənir.Çöldə hava tempraturu 15 dərəcə olarsa xüsusi örtüklərlə üzəri bağlanmış istixanada tempratura müsbət 22,30 dərəcəyə çatır.

İstixanada şitillərin suvarılması damlama üsullu ilə həyata keçirilir.Qeyd edək ki sahələrdə tozlandırma aparmaq üçün aralıqlı olaraq arı ailələri yerləşdirilib. Onlar düzgün mayalandırma apararaq məhsulun daha keyfiyyətli olmasını təmin edir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun