Şəkidə 34 yaşlı qadın özünü bıçaqladı

  • SpaceTV
  • 5 Oktyabr 2019 13:14

Şəkidə yıxılan qadın bıçaq yarası alıb. 

SPACE TV xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Qurucana küçəsi ev 25-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Gülşən Yusubova ehtiyatsızlıqdan yıxılıb və əlində olan bıçaq bədəninə batıb. G.Yusubova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qabırğaaltının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, hazırda yaralı əməliyyata götürülüb. 

Paylaş

 Xəbəriniz olsun