Şəkidə 13 yaşlı əqli qüsurlu uşaq 9 gündür ki, itkin düşüb

  • SpaceTV
  • 24 Yanvar 2020 16:07

Şəki şəhər sakini 13 yaşlı Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında Bağbanlar küçəsi 59 ünvanında olan yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.13 yaşlı uşağın itkin düşməsi ilə bağlı həmin ünvana yollansaq da anası Zəhra xanım müsahibə verməkdən boyun qaçırıb.O,bildirib ki,artıq oğlunun itkin düşməsi ilə bağlı polis şöbəsinə məlumat verib.O, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan  DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Valideyinlərinin sözlərinə əsasən Hüseynəli Hüseynli  əqli qüsurludur.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun