Şəkidə əvvəllər məhkum olunan şəxsdən narkotik götürülüb

  • SpaceTV
  • 27 May 2020 15:35

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Rafiq Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,102 qr narkotik vasitə olan heroin və 365 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Ilkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun