Şəki şəhərini kimlər zibilləyir?

  • Space TV
  • 20 Yanvar 2020 12:13

Görüntülər mənzərəni tam aydınlığı ilə ortaya qoyur.Həmin ərazidə yol genişləndirilərək bərkidilib,Qurcana çayında on illərin zibil poliqonu ləğv edilib,dağılmaq təhlükəsi olan tarixi minarə bərpa olunub. Ancaq yenə sakinlər evlərinin yaxınlığında zibil yeşikləri olmasına baxmayaraq tullantıları çay hövzəsinə atırlar.Aidiyyatı qrumlar isə belə hallarda artıq cərimələrin qaçılmaz olduğunu diqqətə çatdırır.

Məhəllə sakinləri Kommunal təssərüfat idarəsi ilə müqavilə bağlamaq əvəzinə özləri qeyd etdiyi kimi ”ata-baba” üsuluna daha çox üstünlük verirlər.Müsahibə aldığımız sakinlər qonşuları olan həmin şəxslərin addımını doğru hesab etmirlər.Çünki,ərazi zibilləndikcə antisanitar vəziyyət də bir o qədər artır.

İndiyə kimi cərimə mexanizminin sakinlər üzərində az tətbiq olunması ərazidə yaşayan insanların da təbiətə biganə yanaşmasına şərait yaradır.Ancaq aidiyyatı qrumlar indidən sonra ərazini zibilləyən insanlara qarşı cərmələrin daha sərt olacağını bildirdilər.Məhəllədə olan lövhə də artıq bunu deməyə əsas verir….

Cərimə yazılan lövhəni verərsiz…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun