Şəkidə 960 şagird yerli məktəbin tikintisi yekunlaşır

  • SpaceTV
  • 16 Oktyabr 2019 16:10

Şəkidə son illər onlarla müasir məktəb tikilib.Yaşı 100-dən çox olan məktəblərin yerində artıq yeni məktəblər fəaliyyət göstərir.İnşa edilən 960 yerlik məktəb müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları fəaliyyət göstərəcək.Bundan başqa məktəbin həyətində su anbarları tikiləcək, yaşıllıq zolağı salınacaq. Yeni məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

Tikinti müddətində 11 saylı məktəbin müəllim və şagirdləri digər məktəblərə köçürülüb.Yeni müasir məktəbin inşasından sonra şagirdlər daha yüksək səviyyədə təhsil almaq üçün doğma məktəblərinə qayıdacaqlar.11 saylı məktəb 2011 və 2015 ci illərdə “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi adına da layiq görülüb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun