Şəkər zavodunda partlayış – Ölənlər var

  • SpaceTV
  • 21 Noyabr 2019 14:14

Argentinanın şimal-qərbindəki Jujuy əyalətində şəkər zavodunda partlayış baş verib.

SPACE TV-in məlumatına görə, partlayışdan sonra yanğın da başlayıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub. Yaralıların da olduğu deyilir.

Qeyd olunur ki, partlayış spirt saxlanan çəndə baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Paylaş

 Xəbəriniz olsun