Səhv salamlaşma tennisçilər arasında davaya səbəb oldu

  • SpaceTV
  • 8 Noyabr 2019 15:57

Beynəlxalq Tennis Federasiyasının Las-Veqasda keçirilən 1/8 final görüşündən sonra amerikalı tennisçi Alisiya Parks ilə kanadalı Ketrin Sebov arasında mübahisə yaranıb.

Matçda qalib olan Ketrin rəqibinin əlini bərk sıxdığından Parks da cavab olaraq onun əlini bərk sıxıb.

Onların arasında dava böyüyüb və məşqçilər müdaxilə edərək onları aralayıb.

Paylaş

 Xəbəriniz olsun