Şəhriyarın növbəti yarım xalı

  • SpaceTV
  • 28 Avqust 2019 16:24

Məmmədyarov bu dəfə F.Karuana ilə xal böldü

ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2019” seriyasının 5-ci mərhələsi başa çatmaq üzrədir. Sinkfild kubokunda 10-cu turun görüşləri reallaşıb.

Şahmatçımız Şəhriyar Məmmədyarov ameikalı Fabiano Karuana ilə münasibətləri aydınlaşdırıb. Tərəflər 37-ci gedişdə yarım xala razılaşıblar.

Xatırladaq ki, qrossmeysterimiz əvəlliki 9 oyunda da sülh bağlayıb. Təmsilçimiz rusiyalı Sergey Karyakinlə Yan Nepomnyaşi, amerikalı Hikaru Nakamurayla Uesli So, norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşye-Larav, hollandiyalı Aniş Qiri, hindistanlı Vişvanatan Anand və ermənistanlı Levon Aronyanla xalı yarı bölüb.

10 turdan sonra aktivində 5 xal olan şahmatçımız 6-8-ci yerləri bölüşür.

Bu gün reallaşacaq sonuncu, 11-ci turda qrossmeysterimiz çinli Dinq Lirenlə görüşəcək.

Paylaş

 Xəbəriniz olsun