Şəhriyar Məmmədyarov xəstə-xəstə oyuna çıxdı – VİDEO

  • Space TV
  • 23 Dekabr 2020 16:29

Türkiyə Şahmat Federasiyasının 15 illiyi münasibətilə özəl şahmat görüşü keçirilib.

Spacetv.az-ın xəbərinə görə, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovla türkiyəli qrossmeyster Vahap Şanal qarşılaşıb.

Tərəflər bir klassik, bir də blits şahmat olmaqla iki görüş keçiriblər. Hər iki görüş heç-heçə ilə başa çatıb.https://www.youtube.com/embed/rcw9CcQ2jUE

Qeyd edək ki, Şəhriyar Məmmədyarov beş gün əvvəl açıqlamasında koronavirusa yoluxduğunu və bunun üçün “Tata Steel” Şahmat Turnirindən çəkildiyini bildirib. Lakin görünür, dostluq və qardaşlıq olunca, hər görüşdən imtina etmək mümkün deyil.

Paylaş

 Xəbəriniz olsun