“Səhra gəmi”si

  • SpaceTV
  • 4 Oktyabr 2019 18:59

Övladda nəvə, dövlətdə dəvə. Qiymətli tükü, yararlı südü, ən əsası susuzluğa davamlı və yük götürmə qabiliyyətli bu heyvanlara ölkəmizdə də maraq göstərənlərin sayı az deyil. Məşhur atalar sözünü nəzərə alan nənə və nəvə də, uzun illərdir dəvə bəsləməklə məşğuldurlar. “Səhra gəmi”lərinə daha çox rayon yerlərində rast gəlinsədə, maraqlı məqam onların Mingəçevirdə bəslənməsidir. Fəsil dəyişkənliyindən asılı olmayaraq, dəvələr çöllük ərazilərdə daha çox tikanla qidalanır. Gülgəz Allahverdiyeva nəvəsi Mikayılla şəhər ərazisində 14 baş dəvəyə qulluq edir. Onlardan süd almaq bir qədər çətin olsada, dəvə südü can dərmanı hesab edilir.

Yüklü dəvə gün ərzində 35-40 kilometrə qədər yol, 1 tona yaxın yük daşıya bilir. Müxtəlif adlar verilən canlılar sahibinin çağrışına da tez bir zamanda reaksiya verir. Ən sevimli xüsusiyyətləri isə suda və qumda ağnamaqdır.

Şəhər ərazisində bəslənən dəvələrə maraq böyükdür. Kimisi uzaq məsafə qət edib təsərrüfata gələrək onlarla şəkil çəkdirir. Kimisi də, “Səhra gəmi”lərinin tükündən və südündən almaq üçün həmin məkana üz tutur.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun