Səhiyyə Nazirliyindən Dormofol dərman vasitəsi barədə AÇIQLAMA

  • SpaceTV
  • 14 Yanvar 2020 13:04

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Türkiyə Respublikasında geri çağırılmış Dormofol dərman vasitəsi barədə açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən SPACE TV -a verilən məlumata görə, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Respublikasının Səhiyyə Nazirliyini hərəkətə keçirib və Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsir edici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb: “İlkin araşdırmalara görə dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və Azərbaycana Respublikasına idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir”.

Paylaş

 Xəbəriniz olsun