Səhiyyə Nazirliyindən Dormofol dərman vasitəsi barədə AÇIQLAMA

  • SpaceTV
  • 14 Yanvar 2020 17:48

Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən səkkiz xəstədən birinin anesteziya iynəsindən sonra ölməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib.Ölkədə dərhal Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli “Dormofol” 1%-li intravenoz inyeksiya və “Dormofol” 2%-li intravenoz inyeksiya dərman vasitəsini 1-ci  dərəcə və A səviyyəsində geri çağırıb. Cərrahi əməliyyatlarda və diaqnostik müayinələr zamanı, ümumi anestiziyada istifadə edilən bu dərman vasitəsi ölkəmizə idxal olunurmu?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin farmakonəzarət şöbəsinin  müdiri  Elmin Quliyev deyir ki, qonşu Türkiyədə 1 nəfərin ölümü 7 sinin isə xəstəxanalıq olması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat həqiqiəti əks etdirmir.Çünki adı propofol tərkibi “dormofol” olan bu dərman vasitələri  dövlət  qeydiyyatına  alınmayıb və ölkəmizə idxal olunmur.Artıq Səhiyyə nazirliyi Türkiyənin Dərman və Tibbi Cihaz qurumu ilə əlaqə saxlayaraq sözgedən məsələyə aydınlıq gətirib.

Ölkəmizdə  yalnız  sözgedən  ölkələrin iki şirkətinin propofol  tərkibli dərmanları rəsmi  şəkildə dövlət  qeydiyyatına alınıb və hazırda  idxalı həyata keçirilir deyə şöbə müdiri bildirdi.

Onu da bildirək ki,  dormofol adlı dərmanın insan ölümünə səbəb olmasını araşdırman Türkiyə Səhiyyəsi  ilkin olaraq  dərman vasitələrinin keyfiyyət problemindən şübhə edir. 

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun