Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərə müraciət etdi

  • Space TV
  • 22 Dekabr 2020 10:08

Rezidenturanı bitirən şəxslərə təyinat vaxtı ilə bağlı müraciət edilib.

Spacetv.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır. Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək”, – deyə qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun