Şəhidlər Məşədi Dadaş məscidində yad olundu – FOTO

  • Space TV
  • 4 Dekabr 2020 15:35

Bu gün bütün Azərbaycan ərazisində şəhidlər bir dəqiqəlik sükutla anılıb. Eyni zamanda bir sıra məscidlərdə, o cümlədən Məşədi Dadaş məscidində də şəhidlərimizin anım mərasimi keçirilib. 

Namaz qılındıqdan sonra, müqəddəs Qurani-Kərimin ayətləri Tilavət olunub.

Anım mərasimində çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli şəhidlərin ölümsüzlüyündən danışıb.

“Şəhidlər haqq uğrunda savaşıb. Həm ilahi ədalət, həm beynəlxalq hüquq bizim haqlı tərəf olduğumuzu sübut edib. Bu müharibədə fərqli baxış və inanclarda olan şəxslər çiyin-çiyinə savaşdılar, xalqımız görünməmiş birlik və fədakarlıq nümayiş etdirdi. Bu qələbəni bütün xalqımız qazanıb”, – deyə ilahiyyatçı bildirib.

Daha sonra dövlətimiz, xalqımız, ordumuz üçün dualar edilib.

Paylaş

 Xəbəriniz olsun