Şəhidin xatirəsinə bulaq inşa edilib

  • SpaceTV
  • 16 Sentyabr 2020 12:10

Qarabağ döyüşlərində şəhid olan Bahadur  Cəfərovun xatirəsini əbədiləşdirmək məqsədi ilə  bulaq inşa edilib.  Space TV xəbər verir ki, bulağın açılışında şəhidimizin doğmaları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılışda çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs edib, gənclərə nümunə göstəriblər.

Azərbaycan və Türkiyə bayraqları ilə əhatə olunan bulağın üstündə qəhrəman şəhidimizin abidəsi də yer alıb. Məqsəd isə birdir, şəhidimizi yad etmək, onun xatirəsini daim uca tutmaq.

Atası şəhid olanda hələ 6 aylıq körpə olan Bəhlul Cəfərov atası ilə qürur duyduğunu deyir.

Qeyd edək ki, Bahadur Cəfərov 1994-cu il 8 yanvar tarixində Qarabağ uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Paylaş

 Xəbəriniz olsun